Dünya

Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi: Məşhur mahnının ifaçısı ilə… – FOTO/VİDEO

Sharing is caring!




Məşhur türkiyəli aktrisa Serenay Sarıkayanın bir müddətdir tanınmış müğənni Mert Demirlə birlikdə olduğu xəbərləri yayılıb.

Cütlük bu yaxınlarda birlikdə getdikləri Milan tətilindən qayıtdıqları zaman kameralara tuş gəliblər. Barələrində çıxan xəbərlərlə bağlı sualları cavabsız qoyan, lakin sosial şəbəkələrdəki paylaşımları ilə diqqət çəkən sənətçilər nəhayət, ötən gecə ilk dəfə bir məkandan çıxarkən əl-ələ görüntüləniblər.

Serenay Sarıkaya və Mert Demir jurnalistlərin suallarına cavab verməyiblər və maşına minərək uzaqlaşıblar.

Qeyd edək ki, Mert Demir son zamanlar geniş dinləyici kütləsi yığan, tanınmış “Antidepresan” mahnısının ifaçısıdır. Eyni zamanda onun ifasında “Ateşe düştüm”, “Cehennemin dibi”, “Pusulam rüzgar, “İkimize birden”, “Acı veriyor”, “Dön desem”, “Gözlerime bak” mahnıları da çox sevilir.

Mənbə: SABAH

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir