Siyasət

Moskvada Azərbaycan-Türkiyə münasibətləri müzakirə olunub

Sharing is caring!




Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Ramazan bayramı münasibətilə Türkiyə Cümhuriyyətinin bu ölkədəki səfiri Tanja Bilgiçi qəbul edib.

“Report”un məlumatına görə, Azərbaycan səfiri həmkarını müqəddəs ayın sona çatması ilə bağlı səmimi qəlbdən təbrik edərək, ona və onun simasında qardaş Türkiyə xalqına firavanlıq arzulayıb.

Türkiyə səfiri öz növbəsində Polad Bülbüloğlunu və qardaş Azərbaycan xalqını bayram münasibətilə təbrik edərək, gələcək qələbələr və azad edilmiş ərazilərin bərpası işində yeni uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlərin ayrı-ayrı aspektləri müzakirə olunub, həmçinin regional gündəliyin cari məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir