Cəmiyyət

Məsim Məmmədov: “Kəlbəcərin ətrafında sənaye zonası yaradılacaq”

Sharing is caring!


Kəlbəcər şəhərinin ətrafında sənaye zonasının yaradılması nəzərdə tutulur.

“Report” xəbər verir, bunu Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Kəlbəcərdə keçirilən Əlaqələndirmə Qərargahının Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun iclasından sonra jurnalistlərə bildirib.

O qeyd edib ki, sənaye zonasında müxtəlif tipli müəssisələrin tikintisi nəzərdə tutulur:

“Bundan əlavə, bir neçə müəssisədə sənaye zonaları üçün yerlər ayıracağıq. Kəlbəcər çox zəngindir. Burada kənd təsərrüfatı, turizm, emal sənayesi üçün imkanlar var”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir