Siyasət

Muxtar Babayev Pekində Çinin xarici işlər nazirinin köməkçisi ilə COP29-dan gözləntiləri müzakirə edib

Sharing is caring!

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Pekində Çinin xarici işlər nazirinin köməkçisi Miao Deyu ilə COP29-dan gözləntiləri müzakirə edib.

Oxu.Az xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” səhifəsində paylaşım edilib.

“Pekinə səfərini başa vuran COP29-un prezidenti Muxtar Babayev və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev konfransdan gözləntiləri və orada fəal iştirakı müzakirə etmək üçün Çin xarici işlər nazirinin köməkçisi Miao Deyu ilə görüşüblər”, – deyə məlumatda qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir