Dünya

Ekofəal Fransa televiziyasının yayımını yarıda kəsib

Sharing is caring!


“Derniere Renovation” assosiasiyasının iki ekoloji fəalı BFMTV xəbər telekanalının studiyasına daxil olaraq, Fransanın “Rekonqista” partiyasının sədr müavini Marion Mareşal ilə müsahibənin yayımının dayandırılmasına səbəb olublar.

Assosiasiya “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yayım dayandırıldıqdan sonra studiyadan kadrları dərc edib.

Məlumata görə, yayım zamanı təşkilata üzv olduğunu elan edən fəalın ağ köynəyi kadra düşüb. Lakin kameralar onun üzünü göstərməyib. Təxminən 10 dəqiqə sonra veriliş ikinci dəfə kəsilsə də, studiyada eşidilən qışqırıqları ayırd etmək mümkün olmayıb. Assosiasiya ikinci ekofəalın da onun adından hərəkət etdiyini təsdiqləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir