Cəmiyyət

Bakcell Qarabağda 101-ci baza stansiyasını istifadəyə verdi!

Sharing is caring!

“Bakcell” şirkəti Qarabağda özünün 101-ci baza stansiyasını uğurla istifadəyə verib. 

Bununla da şirkət ilin əvvəlində qarşıya qoyulan plana uyğun olaraq 2022-ci ildə işğaldan azad olunmuş ərazilərdə şəbəkəsinin genişləndirilməsinə 23 milyon manat həcmində investisiya yatırıb.  

Burada quraşdırılmış 4G baza stansiyaları sayəsində abunəçilər ən müasir səs texnologiyası olan “VoLTE” üzərindən daha sürətli, aydın və kəsintisiz zəng edə bilirlər. 

2022-ci ildə “Bakcell” şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb. 

Şirkət işğaldan azad edilmiş ərazilərimizin bərpası və zəruri infrastrukturun yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdə fəal iştirakını davam etdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir