Siyasət

DYP Xankəndidə xidmətə başlayıb – FOTO

Sharing is caring!


Xankəndi şəhərində Dövlət Yol Polisi (DYP) əməkdaşları xidmətə başlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.

“Şəhər ərazisində yol-hərəkəti qaydalarının təşkili və tənzimlənməsi həyata keçirilir. Hərəkət iştirakçılarına polis əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyi ilə bağlı izahlar verilir, profilaktik işlər aparılır. Səngərsiz Vətəndə xidmətimizdən qürur duyuruq”, – E.Hacıyev qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir