Cəmiyyət

Qəhrəman dənizçilərimiz Xəzərin keşiyində – VİDEO

Sharing is caring!

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xalq Cümhuriyyəti dövründə, 1919-cu ildə formalaşdırılmağa başlayıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci ildə isə Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Hərbi Dəniz Qüvvələrinin hüquqi bazası formalşadırılıb, 1992-ci il 26 iyul tarixində “Bakılı” gözətçi gəmisində üçrəngli Azərbaycan bayrağı qaldırılıb və bununla da Hərbi Dəniz Qüvvələrinin yaradılmasına start verilib.

HDQ ölkəmizi beynəlxalq müsabiqə və təlimlərdə layiqincə təmsil edir. Silahlı Qüvvələrin bu növü özünün inkişaf mərhələsindədir. Burada xidmətin təşkili üçün bütün şərait yaradılıb. Gənc hərbçilər burada təlim və tədris proseslərinə cəlb edilir.

HDQ Xəzərin Azərbaycan sektorunda enerji infrastrukturunun qorunması üzrə xidmət aparır. Vətən müharibəsi dövründə HDQ-nin şəxsi heyəti, eləcə də xüsusi təyinatlıları və dəniz piyadaları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqları ilə seçilib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir