Siyasət

20 Yanvar qırğınına rəhbərlik etmiş şəxslərdən biri öldü

Sharing is caring!


1985-1991-ci illərdə SSRİ-nin keçmiş baş naziri olmuş Nikolay Rıjkov 95 yaşında vəfat edib.

Bu barədə Federasiya Şurasının sədri Valentina Matvienko özünün “Telegram” kanalında məlumat verib.

Qeyd edək ki, N.Rıjkov 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya yeridilməsi qərarını verən şəxslərdən biridir.

“Bakıya ordu hissələrini yeritmək qərarı Mixail Qorbaçovun kabinetinə birgə qəbul olunub. İclasda SSRİ Ali sovetinin sədri Anatoli Lukyanov, müdafiə naziri Dimitri Yazov, DTK-nın sədri Kryuçkov, DİN naziri Bakatin və mən iştirak etmişik”, – deyə Rıjkov qətliam barədə danışarkən bildirib.

Heç bir rəsmi fərman olmadan keçirilən bu hərbi əməliyyata rəhbərlik etməsinə gəlincə, Rıjkov siyasətlə məşğul olmadığını, ancaq “məsələni həll etdiyini” demişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir