Cəmiyyət

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

Sharing is caring!

Sabirabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Muğan küçəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində rayonun Dadaşbəyli kənd sakini, 2000-ci il təvəllüdlü Ağayev Rəsul Füzuli oğlu və daha bir nəfər xəsarət alıb. Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağıı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir