Siyasət

Mahir Qurbanov Kubanın fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Sharing is caring!

Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Kubanın fövqəladə və səlahiyyətli səfiri Karlos Valdes de la Konsepsion ilə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlığın prinsipləri və gələcək ideyalar ətrafında keçiriləcək layihələr, o cümlədən iki dövlətin düşüncə mərkəzləri arasında yaranacaq sistemli iş barəsində söhbət açılıb.

Görüşdə ölkələrimizin arasında əlaqələrin hazırkı səviyyəsindən razılıq ifadə olunub. Bu əlaqələrin daha da inkişaf etməsində vətəndaş cəmiyyətinin dəstəyi ilə bağlı edilə biləcək işlər müzakirə olunub.

Karlos Valdes de la Konsepsion bunun ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə inkişafına, o cümlədən düşüncə mərkəzlərinin arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini qeyd edib. 

Səmimi görüşə görə minnətdarlığını bildirən səfir Azərbaycanda özünü çox xoşbəxt hiss etdiyini söyləyib. O deyib ki, ölkəmizdə şahidi olduğu qonaqpərvərlik və xoş münasibət xalqlarımız arasında yaxınlığın və səmimi münasibətlərin göstəricisidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir