Cəmiyyət

Professor: “Laçın şəhərinə qayıtmağımız böyük qələbəmizin növbəti təzahürüdür” – FOTO

Sharing is caring!

“Laçının bu gün Azərbaycana bütövlüklə təhvil verilməsi və ətraf kəndlərin boşaldılması müzəffər Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətinin nəticəsi, rəşadətli ordumuzun hünəri, şəhidlərimizin qanı hesabına mümkün olub”.

Bu sözləri “Report”a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, Laçından olan professor Müseyib İlyasov deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanın böyük qələbəsinin növbəti, sonuncu olmayan təzahürüdür və eyni zamanda bu, Azərbaycan diplomatiyasının növbəti qələbəsidir:

“Bu gün şəhidlərimizin ruhunun şad olduğu, onların analarının qürurla, başıuca gəzdiyi, qazilərimizin sevindiyi gündür. Laçın şəhəri Ermənistanla aramızdakı böyük bir qala idi. 1992-1993-cü illərdə boş qalan həmin əraziləri ermənilər tutdular. Bu, ozamankı siyasi hakimiyyətin səriştəsiz siyasətinin nəticəsi idi. Bu gün Laçına qayıtmağımız isə Azərbaycan Prezidentinin müdrik siyasətinin bəhrəsidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir