Dünya

Almaniyada ukraynalı basketbolçulara silahlı hücum: Ölən və yaralanan var – FOTO

Sharing is caring!


Almaniyanın Düsseldorf şəhərində Vladimir Yermakov adlı 17 yaşlı ukraynalı basketbolçu küçədə bıçaqlanaraq öldürülüb.

Bu barədə Ukrayna Basketbol Federasiyasının “Facebook” səhifəsində məlumat verilib.

“Basketbol Federasiyası və Ukraynanın bütün basketbol ictimaiyyəti həmkarlarımız Tatyana Qnatyuk və Gennadi Yermakova oğullarının faciəli ölümü ilə əlaqədar dərin hüznlə başsağlığı verir. 17 yaşlı Vladimir Yermakov Almaniyada qətlə yetirilib”, – deyə paylaşımda bildirilib.

Həmçinin Vladimir Yermakovun dostu, Düsseldorfun “ART Giants” klubunda (U-19) çıxış edən Artyom Kozaçenko ciddi bıçaq xəsarətləri alıb və hazırda reanimasiyadadır. Yermakov və dostunun Düsseldorfun gənclər komandasında çıxış etdiyi bildirilir.

Məlumata görə, Vladimir Yermakov və dostu “sadəcə ukraynalı olduqları üçün” bıçaqlı hücuma məruz qalıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir