Siyasət

Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşım edib – VİDEO

Sharing is caring!


Azərbaycanın Türkiyə Respublikasındakı səfirliyi Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı videoçarx hazırlayıb.

Video səfirliyimizin “X” hesabında paylaşılıb.

Videoda qeyd olunur ki, Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi.

Paylaşımda xüsusi olaraq vurğulanır ki, soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.

“Xocalı qətliamının təşkilatçılarından və fəal iştirakçılarından biri də birbaşa Ermənistanın keçmiş dövlət başçısı Serj Sarqsyan olub”, – deyə qeyd olunub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir