Siyasət

Qarabağ ermənilərinin dünya ictimaiyyətinə açıq məktubu – VİDEO

Sharing is caring!


Bu günlərdə Qarabağı könüllü olaraq tərk etmiş bir qrup erməni açıq məktubla dünya ictimaiyyətinə müraciət edib.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilib.

Məlumata görə, məktubda ermənilər “Azərbaycanın tərkibində yaşamağın dəhşətlərini” təsvir edərək dünya ictimaiyyətindən 100 milyard dollar tələb ediblər. Onlar qeyd ediblər ki, bu məbləğ Qarabağ ermənilərinin itkilərinin cəmi on faizinə bərabərdir.

“Belə çıxır ki, Qarabağ ermənilərinin itkiləri nə az, nə çox – 1 trilyon dollara bərabərdir. Çünki Qarabağ öz təbii ehtiyatlarına görə ikinci İsveçrədir”, – videomaterialda vurğulanır.

Daha ətraflı “Caliber”in yeni süjetində:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir