Siyasət

“AIPA ASEAN Inter Parlamentary Assembly” prezident seçkisi ilə bağlı brifinq keçirib – VİDEO

Sharing is caring!


“AIPA ASEAN Inter Parlamentary Assembly”nin nümayəndələri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçiriblər.

Oxu.Az-ın məlumatına görə, tədbirdə təşkilatın üç nümayəndəsi – Sanya Praseut, Souban Savabos və Kemfone Anotay – iştirak edib.

Nümayəndə sədri Sanya Praseut onlara seçki məntəqələrində yaradılan şəraitə görə ölkə rəhbərliyinə, hökumətə təşəkkür edib:

“Seçki zamanı yeddi məntəqədə olduq və bütün seçki prosesini izlədik. Səsvermə prosesi tamamlandıqdan sonra yerli və beynəlxalq nümayəndələrlə birlikdə səslərin sayılmasında iştirak etdik. Seçkidə vətəndaşları qorxutma, hər hansı mənfi hal müşahidə etmədik. Texniki cəhətdən də problemlə qarşılaşmadıq”.

S.Praseut vurğulayıb ki, Azərbaycanda seçki şəffaf və ədalətli olub. Seçkidə siyasi partiyalar təmsil olunublar və onlara qarşı hər hansı neqativ addım atılmayıb. Səslərin sayılması prosesi də uğurla tamamlanıb. Azərbaycanda seçkinin demokratik və şəffaf keçirilməsi təmin olunub”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir