Siyasət

122 saylı Xankəndi seçki dairəsinin 2 saylı seçki məntəqəsində aktivlik müşahidə olunur

Sharing is caring!


Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. 

Oxu.Az xəbər verir ki, seçki prosesinin başladığı ilk dəqiqələrdən 122 saylı Xankəndi seçki dairəsinin Bakının Sabunçu rayonunda yerləşən 2 saylı seçki məntəqəsində aktivlik müşahidə edilir. 

Məntəqə sədri Eldəniz Əbdülov bildirib ki, hazırda səsvermə prosesində aktivlik müşahidə olunur və məntəqədə səsvermənin gedişini qeyri-hökumət təşkilatlarının, müxtəlif siyasi partiyaların və prezidentliyə namizədlərin nümayəndələri ilə yanaşı, xarici müşahidəçilər də izləyirlər. 

Qeyd edək ki, bu seçki məntəqəsində 793 seçici qeydiyyata alınıb. Azərbaycanda 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var. Xarici ölkələrdə olan vətəndaşların səsverməsi üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

Rövşən Əsədov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir