Siyasət

Erməni KİV: Ermənistan və Azərbaycan spikerlərinin İsveçrədə görüşü istisna deyil

Sharing is caring!


Erməni tərəfi martda Ermənistan və Azərbaycan parlamentlərinin spikerlərinin İsveçrədə görüşəcəyini ehtimal edir.

Bu barədə Milli Assambleyanın rəhbəri Alen Simonyanın ofisində məlumat verilib.

Erməni spikerin ofisi onu da bildirib ki, martın 23-27-də keçiriləcək görüşlə bağlı konkret təklif daxil olmayıb, lakin belə bir görüşün keçirilməsi ehtimalı qəbul olunub.

“Oxşar formatda görüş müzakirə oluna bilər”, – deyə mətbuat xidmətindən bildirilib.

Əlavə məlumat əldə olunan kimi bununla bağlı qərar veriləcək.

Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq fevralın əvvəlində bildirib ki, martda ittifaqın növbəti assambleyası çərçivəsində Ermənistan və Azərbaycan parlamentləri sədrlərinin görüşünün keçirilməsi planlaşdırılır.

Mənbə: Erməni KİV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir