Cəmiyyət

Gömrükdə işə düzəltmək adı ilə tanışından pul alan şəxsə YENİ CƏZA

Sharing is caring!


Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Həsən Seymurovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Nizami Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. 

Təqsirləndirilən şəxsin iki il müddətinə azadlıqdan məhrumetmə cəzası üç il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına əvəz olunub.

İttihama görə, 1991-ci il təvəllüdlü Həsən Seymurov aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq edib. 

Təqsirləndirilən şəxs zərərçəkmiş Samir Quliyev (şərti) vasitəsi ilə onun qohumu digər zərərçəkmiş Alı Əliyevi (şərti) Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyinə dair yalan vəd verib, onu aldadıb.

H.Seymurov bu yolla 26 dekabr 2019-cu il tarixdə metronun “Qara Qarayev” stansiyası yaxınlığında, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 31 ünvanında S.Quliyevdən qohumu A.Əliyev vasitəsi ilə ona göndərdiyi 33 000 manat nağd pul vəsaitini alıb. H.Seymurova qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir