Siyasət

Karasin: “Azərbaycandakı seçki Rusiya üçün nümunə ola bilər”

Sharing is caring!


“Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində seçici fəallığı yüksəkdir”.

“Report” xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin seçki məntəqəsinə baş çəkdikdən sonra jurnalistlərə bildirib.

“İnsanların gözlərində gələcəyə inam var. İnsanlar öz seçimini tərəqqinin xeyrinə, hamı üçün müsbət nəticələr verəcək müasir, suveren Azərbaycanın xeyrinə etmək istəyirlər”, – o vurğulayıb.

Onun sözlərinə görə, bu gün Azərbaycanda keçirilən seçki Rusiya üçün nümunə ola bilər:

“Rusiya da mart seçkilərinə hazırlaşır və biz (müşahidəçilər) Bakıdan özümüzə müəyyən təcrübə qazanacağıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir