Siyasət

Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Qarabağda erməni əsilli sakinlərə baş çəkiblər – FOTO

Sharing is caring!


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları Qarabağ iqtisadi rayonunda erməni əsilli sakinlərə baş çəkiblər.

Caliber.Az xəbər verir ki, görüş zamanı AzQAC əməkdaşları erməni əsilli sakinlərin yaşayış şəraiti ilə tanış olub, onların ehtiyac və qayğıları ilə maraqlanıblar. Görüş sakinlərin nəyə ehtiyacı olduğunu öyrənmək və onlara lazımi köməklik göstərmək məqsədilə təşkil olunub.

Bundan əlavə, AzQAC əməkdaşları Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndidəki ofisində həmkarları ilə görüşüblər. Görüşdə BQXK nümayəndələri Xankəndidəki fəaliyyətləri barədə ətraflı məlumat veriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir