Siyasət

GUAM-ın müşahidə missiyası fevralın 6-da Azərbaycana gələcək

Sharing is caring!


Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) missiyası Azərbaycanda keçiriləcək prezident seçkisini müşahidə etmək üçün fevralın 6-da tam tərkibdə Bakıya gələcək.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, altı nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatları Svyatoslav Yuraş, Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili və GUAM Katibliyinin proqram koordinatorları Teymuraz Kiladze və Səbuhi Təmirov daxildir.

Qeyd edək ki, GUAM-ın müşahidə missiyası səsvermədən sonra seçkinin nəticələrinə dair hesabat yayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir