Siyasət

Rusiyalı politoloq: “Azərbaycanın AŞPA-dan çıxmasının fəlakətli nəticələri ola bilər”

Sharing is caring!


Azərbaycanın Avropa Şurası Parlament Assambleyasından (AŞPA) çıxması ölkəyə heç bir şəkildə təsir etməyəcək, lakin gələcəkdə Assambleyanın özü üçün fəlakətli nəticələri ola bilər.

Bunu “Report”un Rusiya bürosuna politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Azərbaycan nümayəndə heyəti ilə AŞPA arasında əməkdaşlığın qeyri-müəyyən müddətə dayandırılmasına münasibət bildirərkən deyib.

“Azərbaycanla AŞPA arasında münasibətlərin böhrana düşməsinin əsas səbəbi Assambleyanın bir sıra deputatlarının vicdansızlığıdır. Fransanın təsiri ilə bir neçə ermənipərəst, anti-Azərbaycan və yalan bəyanatlar veriblər”, – o vurğulayıb.

Politoloqun fikrincə, ümumiyyətlə, təşkilatın gələcəyi qeyri-müəyyəndir: “AŞPA sadəcə olaraq Avropa Parlamentinin fəaliyyətini təkrarlayır. Əgər orada yalnız Avropa İttifaqına üzv dövlətlər qalırsa, o zaman AŞPA-nın fəaliyyətinin sadəcə mənası yoxdur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir