Dünya

Sergey Mironov erməni vandalizminə münasibət bildirib

Sharing is caring!


“Əgər etirazını bildirmək istəyirsənsə, get səfirliyin qarşısında piket elə. Uşaqların abidəsinin sənin narazılığınla nə əlaqəsi var?”

Bu sözləri News.ru-ya Ermənistanda “Leninqrad blokadasındakı uşaqlar” abidəsinin təhqir edilməsinə münasibət bildirən “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının lideri Sergey Mironov deyib

O vurğulayıb ki, baş tutan aksiyada motiv axtarmaq mənasızdır:

“Uşaqların xatirəsinə ucaldılan abidənin bununla nə əlaqəsi var!? Bu xatirə abidəsinin siyasətlə əlaqəsi yoxdur, sözügedən abidə mərhəmət, insan həmrəyliyi, milliyyətindən və vətəndaşlığından asılı olmayaraq, insanlarda olan ən ülvi hisslərlə bağlıdır”.

Siyasətçi hesab edir ki, belə bir vəziyyətdə xatirə abidəsini təhqir edən vandallara nəyisə izah etmək əbəsdir.

S.Mironov baş verənlərə görə İrəvandan hansısa anlaşılan reaksiyanın gələcəyini də gözləmədiyini əlavə edib.

“Onların riyakar üzrlərinə ehtiyacımız varmı?” – deyə siyasətçi fikrini tamamlayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə növbəti erməni vandalizminin görüntüləri yayılıb. Belə ki, ermənilər bu dəfə “Leninqrad blokadasındakı uşaqlar” abidəsini təhqir ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir