Siyasət

Azərbaycanın Rusiyadakı səfirliyi: “Seçki ilə bağlı bütün zəruri hazırlıq işləri görülür”

Sharing is caring!


Fevralın 7-nə təyin edilmiş prezident seçkisi ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi bütün zəruri hazırlıq işlərini görür.

Bu barədə secki-2024.az saytının sorğusuna cavab olaraq səfirlikdən bildirilib.

Qeyd olunub ki, prezidenti seçkisində ölkə hüdudlarından kənarda yaşayan vətəndaşların seçki hüququnun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi tərəfindən müvafiq inzibati və təşkilati-texniki tədbirlərin görülməsi davam etdirilir.

Səfirlik tərəfindən ölkə hüdudlarından kənarda yaşayan və 18 yaşına çatmış vətəndaşlarımızdan ibarət seçici siyahıları hazırlanaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

Həmçinin qeyd olunub ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda səsvermə həyata keçiriləcək. Belə ki, seçkinin rahat təşkili məqsədilə səfirlikdə iki seçki məntəqəsi fəaliyyət göstərəcək.

Həmin seçki məntəqələrində səsvermə yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 09:00) başlayacaq və saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) tamamlanacaq.

“Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyası, Seçki Məcəlləsi və bu sahədə digər qanunvericilik aktlarına uyğun olaraq aparılacaq.

Səsvermənin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb”, – deyə səfirlikdən bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir