İncəsənət

Rasim Balayev Kino Agentliyindən danışdı: “Müstəqil olmalıdır“

Sharing is caring!

“Mənə elə gəlir ki, Kino Agentliyinin yaradılması yaxşı təşəbbüsdür. Kinomuzla bağlı görüləsi işlər çoxdur”

XəbərAl.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. Aktyor kinomuzun problemlərinin həllinin vacib olduğunu deyib:

“Bu gün kinomuzun problemləri çoxdur. Əgər yadınızdadırsa, əvvəllər nazirlik səviyyəsində Azərbaycan Kinemotaqorafçılar İttifaqı var idi. Sonra bunu kiçildib Mədəniyyət Nazirliyinin bir şöbəsinə çevirdilər. Mənə elə gəlir ki, Kino Agentliyi ayrıca bir təşkilat kimi sırf kinoyla məşğul olmalıdır. Yəni bu elə bil ki, bir az müstəqil olmalıdır. Onun şöbə kimi fəaliyyət göstərməsi məni açmır. Kinomuzun problemlərinin səbəbləri çoxdur. Problemlər isə bu illər ərzində yaranıb. Vaxtilə bunlar hamısı demək olar ki, pis-yaxşı həll olunmuşdu, amma indi bunları yenə əvvəlki vəziyyətinə qaytarmaq lazımdır. Mənə elə gəlir ki, Kino Agentliyinin yaradılması yaxşı təşəbbüsdür. Kinomuzla bağlı görüləsi işlər çoxdur. Dorğusu, məmurların işiylə o qədər tanış deyiləm. Burda məqsəd odur ki, Azərbaycan kinosu inkişaf etsin. Əgər agentliyin yaradılması buna kömək edəcəksə, biz də sevinərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir