İdman

Avropa çempionatında tarixi uğur qazanan Azərbaycan şahmatçısı Vətənə qayıdıb

Sharing is caring!

Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında tarixi uğur qazanmış Azərbaycan şahmatçısı Günay Məmmədzadə Vətənə qayıdıb.

“Report”un məlumatına görə, şahmatçını Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, AŞF rəsmiləri və media nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Avropa çempionatında Günay Məmmədzadə gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medal əldə edib. İndiyə qədər qadın şahmatçıların fərdi Avropa çempionatında heç bir Azərbaycan təmsilçisi mükafatçılar sırasında olmayıb. Birdən-birə iki Azərbaycan təmsilçisinin mükafatçılar sırasında yer alması Azərbaycan şahmatında tarixi uğur sayılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir