Siyasət

Qarabağ Xronikası: İran silah dəhlizi- VİDEO

Sharing is caring!


“Qarabağ xronikası” verilişinin 129-cu  buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda son günlər gündəmi zəbt edən Ermənistanın silahlandırılması mövzusuna toxunub.  

Bildirilib ki, bu mövzu son üç ilin ən aktual məsələsi olsa da, ara-sıra ikinci plana keçmək xüsusiyyətinə malik olan bir məsələdir.

Mövzunun son günlər yenidən gündəmə gəlməsi isə İran ərazisindən Ermənistana daşınan hərbi texnikadır.

Yayımlanan foto və videogörüntülərdən gəlinən nəticə odur ki, Azərbaycan-İran-Ermənistan sərhədi yaxınlığında obyektivlərə tuş gələn yük məhz hərbi texnikaya xass olan cizgilərə malikdir.

Üstü maskalanmış şəkildə olsa da aşınan yükün zirehli texnika və reaktiv yaylım atəş sistemlərinin platformalarına xarakterik formada olması danılmaz bir həqiqətdir.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir