Cəmiyyət

Bakıda avtomobil bir neçə gün yolun hərəkət hissəsində qalıb – VİDEO

Sharing is caring!


Bakıda avtomobil bir neçə gündür ki, hərəkətin intensiv olduğu küçədə yolun hərəkət hissəsində qalıb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Xətai rayonu, Süleyman Əhmədov küçəsindən gedir.

Maşının nasaz olaraq orda qaldığı ehtimal edilir. Nəqliyyat vasitəsi sözügedən ərazidən götürülmür. Nəticədə avtomobillərin hərəkəti üçün çətinliklər yaranır .Xüsusilə geriyə dönmə manevri edən sürücülər problemlə üzləşirlər.

Sürücülər deyirlər ki, avtomobilin yolda qalması görmə məsafəsini məhdudlaşdırır. Bu isə qəza şəraitinin yaranmasına səbəb olur.

Nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayev deyir ki, hansısa səbəbə görə yolun kənarında qalan avtomobil digər nəqliyyat vasitələrinin hərəkətinə mane olduğu üçün qısa müddətdən sonra oradan kənarlaşdırılmalıdır.

Məsələ ilə bağlı Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirdi ki, qeyd edilən ərazidə nizamlama vasitələrində nəqliyyat vasitəsinin dayanma və ya durması üçün hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, bu hal inzibati məsuliyyət yaratmır.

T.Nəsirli əlavə etdi ki, avtomobilin sahibi ilə əlaqə saxlanıb və nəqliyyat vasitəsi ərazidən evakuasiya edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir