Siyasət

Üç prezidentliyə namizədin vəkilləri qeydə alınıb

Sharing is caring!


Üç prezidentliyə namizədin vəkilləri qeydə alınıb.

“Report”un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova məlumat verib.

Belə ki, MSK-nın bu gün keçirilən iclasında prezidentliyə namizədlər Zahid Oruc və Fuad Əliyevin, o cümlədən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, BAXCP-nin prezidentliyə namizədi Qüdrət Həsənquliyevdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir