Siyasət

Natali Qule: “Fransa Senatının Azərbaycan əleyhinə qətnaməsi Cənubi Qafqazda sülhə qarşı yönəlib”

Sharing is caring!


Bu gün Fransa Senatı 336 “lehinə”, 1 “əleyhinə” olmaqla Azərbaycan əleyhinə qətnamə qəbul edib.

Natali Qule qətnamənin əleyhinə səs verən yeganə senatordur. Bu sənəd və onun nəticələri ilə bağlı senatorun fikrini öyrənmək qərarına gəldik.

Natali Qule çərşənbə günü Trend-ə müsahibəsində bildirib ki, bu gün Fransa Senatında qəbul edilən qətnamə Cənubi Qafqazda sülhün əleyhinə yönəlib.

“Bu qətnamənin reallıqla heç bir əlaqəsi yoxdur, o, sülh və sabitliyə, Cənubi Qafqazın daha yaxşı gələcəyinə qarşı yönəlib. Bu sənədin müəllifləri Ermənistanın işğalçılıq siyasətini tamamilə unudublar”.

Qule əlavə edib ki, Fransadakı erməni diasporu çox təhlükəli oyun oynayır.

“Bu, faydasız fəaliyyətdir və sülhə qarşı yönəlib”, – deyə senator vurğulayıb.

Qeyd edək ki, bu gün Senatda 2023-cü il dekabrın 1-də təklif olunan “Azərbaycanın Dağlıq Qarabağa hərbi təcavüzünün pislənməsi və Ermənistan Respublikasına qarşı növbəti təcavüz cəhdlərinin və ərazi bütövlüyünün pozulmasının qarşısının alınması” qətnaməsinin müzakirəsi keçirilib.

Qətnamədə həmçinin Qarabağın erməni əhalisinin geri qayıtmaq hüququna təminat verilməsi tələb olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir