Siyasət

MSK daha iki nəfərin prezidentliyə namizədliyini qeydə alıb

Sharing is caring!


Zahid Orucun və Razi Nurullayevin prezidentliyə namizədlikləri qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, Zahid Orucun və Razi Nurullayevin imza vərəqələri qanunvericiliklə müəyyən edilmiş müddətdə yoxlanılıb.

Zahid Oruc öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürüb.

Razi Nurullayevin namizədliyi Azərbaycan Milli Cəbhə Partiyası tərəfindən irəli sürülüb. O, 43 800 imza vərəqəsini MSK-ya təqdim edilib.

MSK-nın iclasında qərara alınıb ki, Razi Nurullayevin namizədliyinin qeydə alınması üçün lazım olan imza vərəqəsi kifayət edib.

Qeyd edək ki, bununla da prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı üç olub. Buna qədər Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınmışdı.

Növbədənkənar prezident seçkisi 2024-cü ilin fevralın yeddisində keçiriləcək.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir