Cəmiyyət

Həmid Həmidov: “Həvəs olmadan jurnalistikada işləmək mümkün deyil” – FOTO

Sharing is caring!


“Jurnalistikada işləmək üçün həvəsli olmaq çox əhəmiyyətlidir”.

“Report” xəbər verir ki, bu fikri “Global Media Group”un media direktoru, tanınmış jurnalist Həmid Həmidov Report Media Məktəbinin tələbələri ilə görüşdə səsləndirib.

O vurğulayıb ki, jurnalistin öz işinə qarşı marağı olmalıdır.

“Jurnalistika elə-belə peşə deyil. Jurnalistikada həvəssiz işləmək mümkünsüzdür. Sevdiyin işlə məşğul olursansa, o zaman həvəsin olmalıdır”, – deyə H.Həmidov vurğulayıb.

Media direktoru qeyd edib ki, bəzən gənc jurnalistlər müvafiq bacarığa malik olmadıqları üçün uyğun xəbər tapmaqda çətinlik çəkirlər.

“Jurnalist karyerasının əvvəlində sən informasiya dalınca qaçırsan, peşəkarlaşdıqdan sonra isə informasiya özü səni axtarıb tapır. İndiki jurnalistlər bəzən sadə üslubda informasiya hazırlamaqda çətinlik çəkirlər. Onların yazılarını anlamaq çox çətin olur. Nəzərə almaq lazımdır ki, istənilən xəbər anlaşılan dildə yazılmalıdır”, – deyə H.Həmidov bildirib.

Qeyd edək ki, H.Həmidov 1980-ci ildə Bakıda anadan olub. “Exo” qəzetinin baş redaktor müavini vəzifəsində çalışıb. Uzun müddət bir sıra aparıcı Azərbaycan KİV-i, Baltikyanı ölkələrin mətbuatı, ABŞ, Polşa, İsrail və Rusiyanın mediası ilə əməkdaşlıq edib. 2018-ci ildə “Global Media Group”un yaratdığı Media.az informasiya portalının baş redaktoru vəzifəsinə dəvət alıb. Bir il sonra bu holdinqin media direktoru vəzifəsinə kimi yüksəlib. 2020-ci il iyulun 22-də Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə mükafatlandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir