İdman

Adrian Mutu: “Azərbaycan çempionatı çoxlarının təsəvvür etdiyindən fərqlidir”

Sharing is caring!


“Azərbaycan çempionatı çoxlarının təsəvvür etdiyindən fərqlidir”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu ölkəsi Rumıniyanın “iAMSport” nəşrinə açıqlamasında deyib.

44 yaşlı mütəxəssis Premyer Liqada bu mövsüm gərgin mübarizə getdiyini bildirib:

“Hər şey qaydasındadır. Burada futbol Rumıniya ilə müqayisədə daha çox fiziki gücə əsaslanır. Liqanın səviyyəsi yaxşıdır. Əvvəlki illərdə 1-2 komanda fərqlənirdisə, bu mövsüm daha çox balans var. Beş iddialı komanda çıxış edir”.

Mutu qış fasiləsində Rumıniyanın ÇFR klubuna keçəcəyi ilə bağlı yayılan söz-söhbətlərə də aydınlıq gətirib. O, bu məlumatı təkzib edib:

“Bununla bağlı heç bir müzakirə aparılmayıb. Mövzuya toxunmağın mənası yoxdur”.

Qeyd edək ki, Adrian Mutunun rəhbərliyi altında bu mövsüm Premyer Liqada keçirdiyi 15 oyunda 22 xal toplayan “Neftçi” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Rumıniyalı mütəxəssisin bakılılarla müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir