Siyasət

Fransa Azərbaycanlıları Koordinasiya Şurası Natavanın abidəsi ilə bağlı şəhər meriyasına etiraz edib

Sharing is caring!


Fransa Azərbaycanlıları Koordinasiya Şurası Natəvanın abidəsi ilə bağlı Evian-lö Bən şəhər meriyasına etiraz edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Fransanın Evian-le Ba şəhər meriyasının “Azərbaycan Bağı” adı ilə bağlı şəhərdəki bütün lövhələrin yığışdırılmasına dair qərarı bu ölkədə yaşayan Azərbaycan icmasını hiddətləndirib:

“Fransa Azərbaycanlıları Koordinasiya Şurası adından Fransa Xarici İşlər Nazirliyinə, Fransa parlamentinə, Evian-le Ba şəhər meriyasına ünvanlanan bəyanatda bu yolverilməz hadisə Azərbaycanın İsmayıllı şəhəri ilə Fransanın Evian-le Ba arasında 2015-ci ildə imzalanmış qarşılıqlı dostluq və əməkdaşlıq xartiyasının kobudcasına pozulması kimi qiymətləndirilib.

Nəzərə çatdırılıb ki, məhz həmin xartiyaya əsasən 2017-ci ildə bu şəhərdə “Azərbaycan Bağı” açılıb və parkda dünya qadınlarının azadlıq rəmzi olan görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ucaldılıb.

Azərbaycanla Ermənistanın artıq sülh müqaviləsinin imzalanması üzrə danışıqlar mərhələsində olduğunu, İsmayıllı şəhərinin heç bir vaxt iki ölkə arasında mübahisə obyekti olmadığını xatırladan Koordinasiya Şurası qeyd edib ki, meriyanın qərarı Ümumi İcma Məcəlləsinin L. 1115-1-ci maddəsinə ziddir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir