Siyasət

Nazir: “Delimitasiya ilə sülh müqaviləsi ayrı-ayrı məqamlardır”

Sharing is caring!


“Azərbaycan və Ermənistan arasında bütün görüşlər zamanı 8 kəndin qaytarılması məsələsi qaldırılır. Hesab edirik ki, bu delimitasiya ilə bağlıdır və delimitasiya prosesi texniki məsələdir. Sülh müqaviləsində isə ümumi prinsiplər əks olunur. Hesab edirik ki, sülh müqaviləsi ilə delimitasiya prosesi ayrı-ayrı məqamlardır. Bu iki proses bir-birindən ayrı tutulmalıdır”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. 

Nazir Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin Azərbaycana geri qaytarılması ilə əlaqədar müzakirələr getdiyini də açıqlayıb. 

“Səkkiz kəndin də öz spesifikası var. Bu məsələ ilə bağlı Ermənistanın da müəyyən iddiaları var. Biz isə konkret yaşayış məntəqələrindən danışırıq. Bu yaşayış məntəqələrinin kimə aid olmasında, SSRİ zamanında həmin regionda kimlərin yaşamasına aid şübhələr yoxdur. Bizim mövqeyimiz ədalətlidir”, – deyə o əlavə edib. 

Nazir deyib ki, Azərbaycanın yanaşması prosesdə müəyyən ardıcıllığa nail olmaqdan ibarətdir.

“Məsələlər qarşılıqlı müzakirə formasında davam edə bilər”, – deyə nazir bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir