Dünya

İsrailin Qəzzada istifadə etdiyi sirli dron görüntülənib – FOTO/VİDEO

Sharing is caring!


Müxtəlif sosial şəbəkə platformalarında İsrailin ən son sirli pilotsuz uçuş aparatı görüntülənib.

Sosial şəbəkələrdə bununla bağlı yayılan qısa videoda İsrail əsgərləri tərəfindən pilotsuz uçuş aparatının yerləşdirildiyi görüntülər əks olunub.

Bu barədə müdafiə və aviasiya üzrə jurnalist Babak Taghvae məlumat verib.

Babak Taghvaenin məlumatına görə, İsrail əsgərləri İordan çayının qərb sahilində HƏMAS-a qarşı əməliyyatlar zamanı yeni “Maoz” (“tikanlı atəşböcəyi”) adlı dron-kamikadzedən istifadə ediblər.

Mobil döyüş sursatı olan “Maoz” helikopter konfiqurasiyasında dizayn edilmiş, ikili koaksial əks-fırlanan ikiqat rotor qanadları ilə təchiz edilmiş kiçik pilotsuz uçuş aparatıdır. Cəmi üç kiloqram ağırlığında olmaqla son dərəcə yüngüldür və çoxşaxəli funksiyalara malikdir.

Termal görüntüləmə kanalı və elektro-optik müşahidə sisteminə malikdir. Uçuş müddəti bir və ya iki batareya paketinin konfiqurasiyasından asılı olaraq 15-30 dəqiqə təşkil edir.

Eyni zamanda İsrail ordusu “Maoz” sursatının Qəzza zolağında HƏMAS obyektlərini aşkar edib zərərsizləşdirmək üçün yeni dron sistemindən istifadə etdiyini açıqlayıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir