Dünya

“Transfermarkt” dünyanın ən bahalı 10 qapıçısının adını açıqlayıb

Sharing is caring!


“Transfermarkt” internet portalı özünün “Telegram” kanalında oyunçuların transfer dəyərinə dair yeniliklərə əsasən, dünyanın ən bahalı 10 qapıçısının siyahısını təqdim edib.

Məlumata görə, birinci yerdə  Dioqo Kosta (“Porto”, 45 milyon avro), ikinci yerdə  Mik Maynyan (“Milan”, 45 milyon avro), üçüncü yerdə Canluici Donnarumma (PSJ, 40 milyon avro), dördüncü yerdə Qreqor Kobel (“Borussiya D”, 40 milyon avro), beşinci yerdə Andre Onana (“Mançester Yunayted”, 40 milyon avro), altıncı yerdə Ederson Morayes (“Mançester Siti”, 40 milyon avro), yeddinci yerdə David Raya (“Arsenal”, 35 milyon avro), səkkizinci yerdə Yan Oblak (“Atletiko Madrid”, 35 milyon avro), doqquzuncu yerdə Mark-Andre ter Ştegen (“Barselona”, ​​35 milyon avro) və onuncu yerdə Tibo Kurtua (“Real Madrid”, 35 milyon avro) qərarlaşıb.

Mənbə: championat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir