Siyasət

DSK-lar tərəfindən seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

Sharing is caring!


Bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar müvafiq dairə seçki komissiyası tərəfindən seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesinə başlanılır.

Oxu.Az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, səsvermə gününə 45-25 gün qalanadək müvafiq dairə seçki komissiyası tərəfindən seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi təmin edilməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 24-dən 2024-cü il yanvarın 13-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir