Siyasət

Məzahir Pənahov: “Nazirlik tələbələrin sayı ilə əlaqədar siyahı təqdim etməyə hazırdır”

Sharing is caring!


“Tələbələrin seçkilərdə sərbəst iştirakı üçün elm və təhsil naziri Emin Əmrullayevlə müzakirə aparmışıq”.

Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, nazirlik tələbələrin sayı ilə əlaqədar siyahı təqdim etməyə hazırdır:

“Seçki tələbələrin dərs vaxtına düşmür. Onların çoxu tətil olduğuna görə rayonlara gedəcək. İstənilən halda tələbələr həm yaşadıqları ərazilərdə, həm də təhsil aldıqları müəssisələrdə səs verə bilməlidirlər. Onlara qeydiyyatdan çıxma vəsiqəsi verilməlidir ki, rayonlara gediblərsə, orada da rahat səs versinlər. Biz hamımız tələbə olmuşuq. Buna görə Elm və Təhsil Nazirliyi də bizə müvafiq dəstəyi göstərəcək”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir