Siyasət

TDT Baş katibi: “Azərbaycan beynəlxalq arenada öz nüfuzunu möhkəmləndirir”

Sharing is caring!


Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Türk Dövlətləri Təşkilatının Katibliyi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Türk Dövlətləri Təşkilatının qurucu dövlətlərindən olan Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə siyasi və sosial-iqtisadi inkişaf yolunda böyük uğurlar qazanmaqda və beynəlxalq arenada öz nüfuzunu durmadan möhkəmləndirməkdədir.

Bu yaxınlarda Astana şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşü zamanı Sizinlə görüşümü böyük məmnuniyyətlə xatırlayıram. Türk dövlətlərinin birliyinə verdiyiniz əvəzsiz töhfə Türk dünyasına olan rəğbətinizin göstəricisidir. Fürsətdən istifadə edərək, Türk Dövlətləri Təşkilatına göstərdiyiniz hərtərəfli dəstəyə və təşəbbüslərinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar diləyirəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir