Dünya

İranda minlərlə gənc edama məhkum edilib – FOTO

Sharing is caring!


İranın Lorestan əyalətinin Delfan bölgəsində iki minə yaxın gənc uyuşdurucu maddələrin ticarətinə görə edam cəzasına məhkum edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Delfan şəhərinin parlamentdəki nümayəndəsi Yəhya İbrahimi bildirib ki, edam cəzası alanların bir çoxu ailələri ilə görüşüb. Hazırda gənclər öz edam növbələrini gözləyirlər.

“Ailələr edamların sayı barədə dəhşətli faktlar açıqlayıblar. Çox təəssüf edirəm ki, 44 illik İslam Respublikasının hakimiyyəti dövründə bu qədər cinayətlərin baş verməsinə zəmin yaradılıb”, – deyə o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir