Siyasət

Ermənistan Səhiyyə Nazirliyi: “Bakı tərəfindən qaytarılan hərbçilərin əlavə tibbi müayinəyə ehtiyacı yoxdur”

Sharing is caring!


“Azərbaycanla qarşılıqlı mübadilə yolu ilə Ermənistana qayıdan erməni hərbi qulluqçuların mülki tibb mərkəzlərində müalicəsinə və əlavə müayinəyə ehtiyac yoxdur”.

Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin rəhbəri Anahit Avanesyan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərlə söhbətində bildirib.

“Bütün ehtiyaclar qiymətləndirilib, “Muratsan” hərbi hospitalında bütün lazımi tədqiqatlar aparılıb”, – deyə Avanesyan bildirib.

Xatırladaq ki, dekabrın 13-də Ermənistan-Azərbaycan sərhədində saxlanılan hərbçilərin mübadiləsi baş verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir