Dünya

İslandiyada oyanmış vulkanın lavası artıq kosmosdan da göründü – FOTO

Sharing is caring!


İslandiyada oyanmış vulkan o qədər lava püskürüb ki, artıq onu kosmosdan görmək olur.

Kadrlar Avropanın “Copernicus” Kosmik Agentliyinin “ENTINEL-2” peykləri tərəfindən qeydə alınıb.

Xatırladaq ki, İslandiyadakı vulkan ötən ilin sonunda görünməmiş seysmik aktivlik əlamətlərini göstərməyə başlayıb. İsti lavanın super sürətlə hərəkəti isə alimləri xüsusilə narahat edib.

Son püskürmə zamanı yerli hakimiyyət orqanları məşhur hidrotermal kurortları boşaltmalı olublar.

Bundan əvvəl İslandiyada lavanın qar sahələrini necə əhatə etdiyi barədə drondan çəkilmiş heyrətamiz görüntülər yayılıb.

Mənbə: 24tv.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir