Siyasət

Naxçıvan Mədəniyyət Nazirliyində kadr təyinatı olub

Sharing is caring!


Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi sistemində kadr dəyişiklikləri olub.

Qurumdan “Report”a bildirilib ki, muxtar respublikanın mədəniyyət nazirinin müavini Həsən Seyidovun müvafiq əmri ilə Şərur Rayon Mədəniyyət İdarəsinin müdiri Abbas Musayev vəzifədən azad olunub.

Nazirlik Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri İman Alırzayev Şərur Rayon Mədəniyyət İdarəsinin müdiri vəzifəsinə gətirilib.

Digər əmrlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının rejissoru, Prezident mükafatçısı Həcərxanım Məmmədova müddətli əmək müqaviləsi əsasında Naxçıvan Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri təyin olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir