Dünya

Həmid Həmidov: “Rusiya sülhməramlıları Şuşa-Xankəndi yoluna mobil kazarmalar gətiriblər” – VİDEO

Sharing is caring!

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yoluna mobil kazarmalar gətirilib.

Bu barədə CBC telekanalının efirində hazırda hadisə yerində olan “Global Media Group”un media direktoru Həmid Həmidov açıqlama verib.

Onun sözlərinə görə, vəziyyət belə deməyə əsas verir ki, sülhməramlılar ərazidə uzun müddət qalmağı planlaşdırırlar.

“Belə görünür ki, Şuşa-Xankəndi yolu yaxın zamanda açılmayacaq. Sülhməramlılar heç nəyi izah etmir və heç bir suala cavab vermirlər. Onların ən sevimli bəhanələri isə “Cavab vermək səlahiyyətimiz yoxdur” ifadəsidir”, – deyə H.Həmidov qeyd edib.

Həmçinin o vurğulayıb ki, sülhməramlılar özlərini olduqca ehtiyatlı aparır, heç kimlə danışmır, etirazçılara açıqlama vermirlər. Hətta eşidən olmasın deyə, öz aralarında belə pıçıltı ilə söhbətləşirlər.

Daha ətraflı CBC TVnin videomaterialında:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir