Siyasət

Prezident Moldova və Rumıniyadakı səfirlərlə bağlı SƏRƏNCAMLAR imzaladı – FOTO

Sharing is caring!


Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

President.az-ın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 9-da müvafiq sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə dövlət başçısının digər sərəncamı ilə Qüdsi Dursun oğlu Osmanov təyin olunub.

Müvafiq olaraq, Q.D.Osmanov Prezidentin sərəncamı ilə Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb və onun yerinə Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılmış Ülvi Vaqif oğlu Baxşəliyev təyin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir