Siyasət

“Ən vacib məqam budur ki, Azərbaycan və Ermənistan özləri aralarında razılıq əldə ediblər” – ŞƏRH

Sharing is caring!


“Azərbaycan xalqı daha bir tarixi hadisəyə şahidlik edir. Nəhayət ki, əsrlər sonra Cənubi Qafqazda sülh və sabitlik üçün əməli addımlar atıldı”.

Bu sözləri Oxu.Az-a Milli Məclisin deputatı Müşfiq Cəfərli Azərbaycan və Ermənistan arasında ilk birgə açıqlama haqqında danışarkən deyib. Deputat bildirib ki, bu razılaşma tarixdə ilk dəfə baş verir:

“Belə ki, Azərbaycan və Ermənistan üçüncü tərəfin vasitəçiliyi olmadan bir-birinə qarşı xoş niyyətlərini etdilər. Mən deyərdim ki, Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan Baş naziri Aparatının birgə yaydıqları bu bəyanat region ölkələrinin tarixində elə bir dönüş nöqtəsi yaradacaq ki, bundan sonrakı bütün nəsillər bu günün əhəmiyyətini daim anacaqlar. Hər iki tərəfin qarşılıqlı olaraq hərbçiləri dəyişdirməsi ilkin xoş addım kimi qiymətləndirilir. Azərbaycan və Ermənistan bundan sonra ən qısa zamanda qarşılıqlı etimad tədbirlərini davam etdirəcəklər.

Düşünürəm, bu bəyanatın ən mühüm tərəfi odur ki, tərəflər özləri aralarında razılıq əldə ediblər. Cənab prezidentin postmüharibə dövründə də daim səsləndirdiyi fikir bu idi ki, biz əldə olunacaq sülhə vasitəçi olmaq istəyən hər bir ölkənin iştirakını qəbul edirik, amma Azərbaycan və Ermənistan qarşılıqlı olaraq sərbəst şəkildə razılıq əldə edə bilər. Bu bəyanat sülhün ilkin carçısıdır və Prezident İlham Əliyevin diplomatiyasının növbəti qalibiyyətidir. Prezident İlham Əliyevin bu təşəbbüsü regionun və regionda kommunikasiyanın inkişafında misilsiz xidmət olacaq”.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıblar.

Açıqlamaya əsasən, Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşürlər. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir