Siyasət

Azərbaycanın Ukraynadakı səfiri İrpenə gedib – FOTO

Sharing is caring!


Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyev bu ölkənin İrpen şəhərinə səfər edib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, səfərin məqsədi Londonda keçirilən Ukraynanın Bərpası Konfransında Azərbaycanın elan etdiyi bərpa layihələrində iştirakı ilə bağlı dəyərləndirici işlərin aparılmasıdır.

İrpenə səfər edən heyət Azərbaycanın bu şəhərdə həyata keçirəcəyi infrastruktur layihələrinin ilkin qiymətləndirilməsini həyata keçirəcək.

Diplomat əvvəlcə akademik Zərifə Əliyeva adına İrpen Şəhər Dostluq Parkını ziyarət edib, akademik Zərifə Əliyevanın abidəsi önünə gül dəstələri düzüb.

Səfir, həmçinin Kiyev Şurasının İrpen Şəhər Şurasının Zərifə Əliyeva adına İrpen humanitar liseyini ziyarət edib. Bu təhsil müəssisəsinə hərbi əməliyyatlar nəticəsində xeyli ziyan dəyib.

Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR-ın xeyriyyə yardımı sayəsində liseyin dam örtüyü və pəncərələri dəyişdirilib, sinif otaqlarında cari təmir işləri aparılıb, istilik sistemi yenilənib. Hazırda SOCAR-ın vəsaiti ilə lisey binasının fasadının izolyasiyası işləri davam etdirilir, həmçinin sığınacağın təmiri də nəzərdə tutulub.

S.Mərdəliyevin gün ərzində İrpen Tibb Mərkəzinə, hərbi əməliyyatlar nəticəsində binası tamamilə yanan Mərkəzi Mədəniyyət Evinə, İncəsənət Mərkəzinin tikilməsi planlaşdırılan əraziyə, hərbi əməliyyatlar nəticəsində binasının bir hissəsi tamamilə dağılmış İrpin Uşaq-Gənclər İdman Məktəbinə, Gostomelske şosesi 3 küçəsindəki yaşayış binasının yenidən qurulacağı sahəyə baş çəkəcək.

Diplomat eyni zamanda, İrpen Şəhər Şurasının binasında İrpen şəhər rəhbəri ilə görüşəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir