İqtisadiyyat

Türkmənistan qazının Azərbaycana tədarükü artıb

Sharing is caring!


İran türkmən qazının Azərbaycana svop tədarükünü sutkada 4,5-5 milyon kubmetrdən 7-7,5 milyon kubmetrə qədər artırıb.

Bu barədə İranın Türkmənistandakı səfiri Qulam Abbas Ərbab Xales bildirib.

“Türkmən qazının İran ərazisindən tədarükünə gəlincə, biz müqavilələrimizə baxmalıyıq. Razılaşmalara əsasən, biz Azərbaycana gündə 4,5-5 milyon kubmetr svop tədarük edirik. İndi bu tədarük artaraq 7-7,5 milyon kubmetr olub. Bu, Türkmənistanla Azərbaycan arasında mövcud olan müqavilələrə uyğun həyata keçirilib. Ümumiyyətlə, Serah xəttində svop tədarükü potensialı gündə 20 milyon kubmetrə qədərdir”, – diplomat bildirib.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan, Türkmənistan və İran svop qaz tədarükünün həcmini iki dəfə artırmaq barədə razılığa gəliblər. Ölkələr arasında müddətsiz üçtərəfli saziş 2021-ci ilin noyabrında Aşqabadda imzalanıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir